09:20 - 8.07.2022
8 iyul, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri bir gün əvvəl yüksəldikdən sonra cümə günü ticarətdə artmaqdadır.
London ICE Futures birjasında Brent neftinin sentyabr fyuçersləri saat 09:14-də $0,68 (0,65%) - barrel başına $105,33-ə qədər bahalaşıb. 7 iyul ayının ticarətinin nəticələrinə görə, Brent neftinin sentyabr fyuçersi $3,96 (3,93%) - barrel başına $104,65-ə yüksəldi.
Nyu-York əmtəə birjasının (NYMEX) ticarətində WTI neftinin avqust fyuçersi saat 09:09-da $0,27 (0,26%) - barrel başına $103,00-ə yüksəldi. 7 iyul ticarətinin nəticələrinə görə, Brent neftin avqust fyuçerslərinin qiyməti $4,20 (4,26%) - barrel başına $102,73-ə yüksəldi.
18 Avqust 2026