15:26 - 29.06.2022
29 iyun, Fineko/abc.az. “Pepsico Azərbaycan” MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb. Protokol Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Bildirək ki, şirkət 2021-ci ilin sentyabrında da eyni maddə ilə məhkəməlik olub.
Qeyd edək ki, İXM-in 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026