17:26 - 21.06.2022
21 iyun, Fineko/abc.az. “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus "Bakı Ayaqqabı Fabriki" ASC nizamnamə kapitalını 3 milyon 45 min 102 manat və yaxud 38,8 % azaldır.
ABC.AZ Report-a istinadən xəbər verir ki, şirkət kapitalını 10 milyon 896 min 896 manatdan 7 milyon 851 min 794 manata endirib.
"Bakı Ayaqqabı Fabriki" 2018-ci ildən fəaliyyət göstərən "ASK Ayaqqabı Fabriki" MMC-nin bazasında bu günlərdə yaradılıb. Şirkət adından da göründüyü kimi ayaqqabı istehsalı ilə məşğuldur.
13 Avqust 2026
13 Avqust 2026