Bu ölkə “Tesla” avtomobillərinə qadağa qoydu

15:47 - 21.06.2022


21 iyun, Fineko/abc.az. Çin “Tesla” avtomobillərinə qadağa qoyub.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, ilk olaraq qadağa Çendu şəhərində tətbiq olunub.

Belə qadağaya səbəb hər il bu kurort şəhərində keçirilən tədbir olub.

Çin hökuməti belə avtomobillərin bölgədə qalmasını ən azı 2 ay məhdudlaşdırmaq qərarına gəlib.

Bununla yanaşı keçən il Çin casusluq etmək üçün istifadə olunacağından qorxduğu üçün “Tesla” avtomobillərinin hərbi bazalara idxalına qadağa qoyub.