10:59 - 21.08.2026
21 avqust, Fineko/abc.az. Paytaxtın Bakıxanov qəsəbəsinin Eldar Xəlilov küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilməyən məlumata görə, tətbiq edilən məhdudiyyət səbəbindən 78 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkəti müvəqqəti olaraq Murad Nağıyev, Muxtar Fətəliyev və Əşrəf Yunusov küçələri ilə təşkil edilib.