Azərbaycanda şəkər tozu bahalaşıb

11:21 - 21.06.2022


21 iyun, Fineko/abc.az. Azərbaycanda şəkər tozunun topdansatış qiymətində artım qeydə alınıb.

ABC.AZ xəbər verir ki, bu barədə yerli mətbuatda qeyd edilib.

Məlumata görə, paytaxt Bakıda şəkər tozunun 50 kiloqramlıq bir kisəsi 75 manata təklif olunur. İndiyədək həmin məhsul 67 manata satılırdı. 

Bölgələrdə isə 50 kiloqramlıq şəkər tozunun bir kisəsinin qiyməti 50-75 manat arasında dəyişir.