11:53 - 20.06.2022
20 iyun, Fineko/abc.az. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclası keçirilib.
ABC.AZ-ın məlumatına görə, müzakirələr zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili iclas zamanı bəzi məsələlərə toxunub.
O qeyd edib ki, tarixdə ilk dəfə Azərbaycanın neft və qaz ixracından əldə etdiyi valyuta gəlirləri bərabərləşməkdədir.
Tahir Mirkişili deyib ki, bu ilin 5 ayında neft ixracından 3,8 milyard dollar, qaz ixracından 3,5 milyard dollar gəlir əldə olunub.
18 Avqust 2026