Sabahdan çimərliklərə avtobuslar təşkil ediləcək

16:15 - 14.06.2022


14 iyun, Fineko/abc.az. Paytaxt çimərliklərində əhalinin yay istirahəti və çimərliklərə gediş-gəlişinin təmin edilməsi məqsədilə sabahdan bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemlərində dəyişikliklər ediləcək.

Bakı Nəqliyyat Agentliyindən ABC.AZ-a bildirilib ki, iyunun 14-dən aşağıdakı avtobuslar təşkil ediləcək;

- 101 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Türkan” çimərliyinədək təşkil ediləcək;

- 107 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Buzovna” çimərliyinədək təşkil ediləcək;

- 146 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Şüvəlan” çimərliyinədək təşkil ediləcək;

- 171 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Sea Breeze” istirahət mərkəzinədək təşkil ediləcək;

- 172 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Bilgəh” bağlarınadək təşkil ediləcək;

- 179 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Pirşağı” çimərliyinədək təşkil ediləcək;

- 180 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Zirə” çimərliyinədək təşkil ediləcək;

- 182 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Mərdəkan” çimərliyinədək təşkil ediləcək.

Marşrutun gediş tarifi 0,50 AZN müəyyən edilib.