09:07 - 25.08.2026
25 avqust, Fineko/abc.az. Çərşənbə akşamı Bitkoin spot ETF-lərinə daxil olan investisiya axınının bərpası və investorların risk iştahının artması fonunda yüksəlişini davam etdirərək 80 min dollar həddinə yaxınlaşıb.
Kriptovalyutanın məzənnəsi 3,1 % artaraq 79 739 dollara çatib. Ötən həftə üç gün ərzində 20 %-dən çox dəyər qazanan Bitkoin 2023-cü ildən bəri ən kəskin üçgünlük artım dinamikasını nümayiş etdirib. Bu sıçrayış nəticəsində bazarda 4 milyard dollardan çox qısamüddətli (şort) mövqe ləğv olunub.
Yüksəlişi şərtləndirən əsas amillər:
ABŞ Xəzinədarlığının qərarı: Qurumun uzunmüddətli dövlət istiqrazlarının alışını iki dəfə artıracağını bəyan etməsi istiqraz gəlirliliyini qısamüddətli dövrdə aşağı salıb və riskli aktivlərə olan tələbatı stimullaşdırıb.
İnstitusional investorların marağı: ABŞ-nin spot Bitkoin ETF-lərinə ötən həftə 1,92 milyard dollar xalis investisiya daxil olub. Bu, Bitkoinin oktyabr ayındakı pik göstəricisindən sonra qeydə alınan en yüksək həftəlik daxilolmadır.
Bununla belə, analitiklər artımın nə dərəcədə davamlı olacağına dair ehtiyatlı proqnozlar verirlər. Oktyabr ayından bəri aşağıdüzümlü trenddə olan Bitkoinin mövcud sıçrayışının 2023-cü ilin əvvəlindəki kimi qısamüddətli xarakter daşıya biləcəyi vurğulanır.
25 Avqust 2026