Bu Ərəb ölkəsi Azərbaycandan meyvə-tərəvəz idxal edə bilər

14:58 - 14.06.2022


14 iyun, Fineko/abc.az. BƏƏ-nin şirkəti Azərbaycandan meyvə-tərəvəz məhsullarının idxalında maraqlıdır.

ABC.AZ xəbər verir ki, bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşəbbüsü ilə onlayn rejimdə təşkil olunmuş görüşdə bildirilib.

Belə ki, Birləşmiş Ərəb Əmirliklərinin “Ecogarden” şirkəti Azərbaycanın meyvə-tərəvəz məhsullarının istehsalçıları ilə Körfəz ölkələrinə ixrac imkanlarını müzairə edib.

Görüşdə Azərbaycanın BƏƏ-dəki Ticarət Nümayəndəliyi və AZPROMO-nun nümayəndələri də iştirak ediblər.