Prezident yol tikintisinə 12,7 milyon manat ayırdı - Sərəncam

14:35 - 14.06.2022


14 iyun, Fineko/abc.az. Prezident İlham Əliyev Qəbələ rayonunun Ağdaş–Zarağan (40 km)–Böyük Pirəli–Kiçik Pirəli–Xırxatala–Cığatelli–Həmzəli avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, Sərəncamda deyilir ki, yeddi min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ağdaş–Zarağan (40 km)–Böyük Pirəli–Kiçik Pirəli–Xırxatala–Cığatelli–Həmzəli avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 12,7 milyon (on iki milyon yeddi yüz min) manat ayrılsın.