13:08 - 17.05.2018
17 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə kriptovalyuta tətbiq etməyə tələsmir.
AMB-in sədr müavini Alim Quliyev bildirib ki, Bank konservativ yanaşma tərəfdarı olmaqla, riskləri araşdırır.
“Son illər kriptovalyuta ilə bağlı müxtəlif fikirlər səslənir. Bəzi ölkələrdə onlarla bağlı konservativ yanaşma müşahidə olunur. Bəzi aparıcı ölkələrdə kriptovalyutalara qarşı dəqiq yanaşma yoxdur, rəqəmsal pulun əmtəə qismində formalaşdırılması prosesi tam başa çatmayıb. Kibertəhlükəsizlik məsələsi diqqət mərkəzində qalmalıdır”, - A.Quliyev belə deyib.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026