15:24 - 8.06.2022
8 iyun, Fineko/abc.az. Dövlət Gömrük Komitəsi 2022-ci il yanvar-may ayları üçün nəzərdə tutulan büdcə öhdəliyini 120,03 faiz yerinə yetirib.
ABC.AZ xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib.
Sədr qeyd edib ki, 2 milyard 63,79 milyon manat vəsait dövlət büdcəsinə köçürülüb ki, bu da nəzərdə tutulan proqnozdan 344,39 milyon manat artıq deməkdir.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026