16:02 - 3.06.2022
3 iyun, Fineko/abc.az. Rusiya Maliyyə Nazirliyi iyun ayında neft və təbii qaz ixracından əlavə 393 milyard rubl (təxminən 6,4 milyard dollar) gəlir gözlədiklərini açıqlayıb.
ABC.AZ xəbər verir ki, Rusiya Maliyyə Nazirliyinin verdiyi yazılı açıqlamada ölkənin neft və qazdan əldə etdiyi əlavə gəlirlə bağlı məlumat verilib.
Yüksək enerji qiymətləri sayəsində Rusiya iyunda neft və təbii qaz ixracından 393 milyard rubl, may və iyun aylarında isə ümumilikdə 656,6 milyard rubl (təxminən 10,7 milyard dollar) əlavə gəlir əldə edəcək.
18 Avqust 2026