Neftin qiyməti qalxır, Brent barrel başına $123,48 təşkil edir

09:35 - 31.05.2022


31 may, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri çərşənbə axşamı ticarətində artmaqdadır.

London ICE Futures birjasında keçirilən hərraclarda Brent neftinin iyul fyuçersləri saat 09:24-də $1,81 (1,49%) - barrel başına $123,48-ə qədər bahalaşıb. Mayın 30 - da keçirilən hərracların nəticələrinə görə, Brent neftinin iyul fyuçerslərinin qiyməti $2,24 (1,88%) - barrel başına $121,67-dək artıb.

Nyu-York əmtəə birjasının (NYMEX) ticarətində  WTI neftinin iyul fyuçersləri saat 09:24-də $3,59 (3,12%) - barrel başına $118,66-a yüksəldi. 27 may ticarətinin nəticələrinə görə, WTI neftinin iyul fyuçersinin qiyməti $0,98 (0,86%) - barrel başına $115,07-ə yüksəldi. Bazar ertəsi günü ABŞ-da bayramla əlaqədar hərrac keçirilməyib.