15:37 - 25.05.2022
25 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
ABC.AZ-ın məlumatına görə, iclasda “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Müzakirələrə qatılan maliyyə naziri Samir Şərifov tarif sahəsində çox ehtiyatlı siyasət aparıldığını bildirib.
O qeyd edib ki, dövlət müəssisələrini dərhal özəlləşdirməklə heç nəyə nail olmayacağıq: “Çalışılır ki, tariflər kəskin surətdə artmasın. Dövlət büdcəsindən bu tariflərdə olan fərq bağlanılır. Ötən ilin əvvəlində bir çox neft məhsulları üzrə liberallaşdırmaya getdik. Biz faktiki olaraq qaz üzrə qiymətləri 2 dəfəyə qədər artırdıq. Amma indi bizdə qazın qiyməti dünyadakı ilə müqayisədə çox aşağıdır. Hökumət bu məsələlərdə çox ehtiyatla davranır”.
20 Avqust 2026
20 Avqust 2026
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026