14:16 - 19.08.2026
19 avqust, Fineko/abc.az. 2026-cı ilin yanvar-iyun aylarında ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla Azərbaycanda əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 22 milyard 258,9 milyon kubmetr təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, təbii qaz ehtiyatlarının istifadə strukturu aşağıdakı kimi olub:
İxrac olunub: 60,1%
Ölkə daxilində istehlak edilib: 29,2%
İyulun 1-nə qalıq ehtiyat: 8,2%
İtki: 2,5%
Daxili istehlak və əhalinin payı Ölkə daxilində istifadə olunmuş qazın 56,8%-i istehsal ehtiyaclarına yönəldilib, 43,2%-i isə əhaliyə satılıb. Əhali üzrə istehlakın iqtisadi rayonlar üzrə bölgüsündə Bakı (36,6%) və Abşeron-Xızı (11,8%) liderlik edir. Digər bölgələrin payı isə Gəncə-Daşkəsən (6,2%), Qazax-Tovuz (5,9%), Lənkəran-Astara (5,8%), Mərkəzi Aran (5,6%), Şəki-Zaqatala (5,5%), Quba-Xaçmaz (5,1%), Qarabağ (4,7%), Mil-Muğan və Şirvan-Salyan (hər biri 3,6%), Naxçıvan (3,1%), Dağlıq Şirvan (2,4%) və Şərqi Zəngəzur (0,1%) arasında bölünüb.
18 Avqust 2026