10:51 - 18.05.2022
18 may, Fineko/abc.az. “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) 2020-ci ili zərərlə başa vurduğu məlum olub.
ABC.AZ xəbər verir ki, AZAL 2020-ci ildə 76 milyon 415 min manat xalis zərər edib.
Halbuki, AZAL 2019-cu ili 78 milyon 770 min manat xalis zərər ilə bağlamışdı.
Beləliklə, 2019-cu illə müqayisədə 2020-ci ildə AZAL-ın xalis zərəri 3% azalıb.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə AZAL-ın daşımalardan və və digər xidmətlərdən gəlirləri 1 milyard 8 milyon 459 min manat ikən, 2020-ci ildə 335 milyon 236 min manata düşüb (3 dəfə azalıb). Gəlirlərin azalması koronavirus pandemiyası ilə əlaqədar olaraq tətbiq edilmiş məhdudiyyətlər ilə bağlıdır.
Müəllif: Elmir Murad