11:55 - 6.05.2022
6 may, Fineko/abc.az. “Türkaz Ticaret” MMC-nin şirniyyat məhsuluna qida təhlükəsizliyi sertifikatının alınması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında, idxal olunmuş şirniyyat məhsulundan götürülən nümunələrin Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında aparılmış ekspertizası nəticəsində kif-maya göbələklərinin miqdarının normadan artıq olduğu müəyyən olunub.
AQTA-dan ABC.AZ-a daxil olan məlumata görə, faktla bağlı Agentlik tərəfindən 24.01.2022-24.01.2023-ci il tarixli, 024 partiya nömrəli, ümumi çəkisi 340 kq “meliksakşah sultan” əmtəə nişanlı şirniyyat məhsulu partiyasının zərərsizləşdirilməsi, məhv edilməsi, geri qaytarılması və ya utilizasiyası barədə qərar qəbul edilib. Sözügedən məhsul partiyası “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026