ABŞ-ın kommersiya neft ehtiyatları azalıb

14:29 - 4.05.2022


4 may, Fineko/abc.az. Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neft ehtiyatları azalıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, sözügedən ölkənin ehtiyatları 3 479 min barel kiçilib.

Azalmadan sonra ABŞ-ın neft ehtiyatları təxminən 410 946 min barel təşkil edib.

Qeyd edək ki, bundan əvvəl analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 167 min barel azalacağını proqnozlaşdırıb.

Müəllif: Elmir Murad