ABŞ-ın bu telekanalları Rusiyada qadağan olundu

17:32 - 18.04.2022


18 aprel, Fineko/abc.az. ABŞ-ın “Paramount” şirkətinə məxsus olan “Paramount Comedy”, “MTV Russia”, “MTV Live”, “Nickelodeon”, “Nick Jr.”, “NickToons” və digər telekanallar aprelin 20-dən Rusiyada yayımını dayandırır.

ABC.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlardır.

Qeyd edək ki, hələ martın ortalarından “Paramount Global” şirkəti Rusiyadan olan müştəriləri ilə iş birliyindən və kontenti lisenziyalaşdırmaqdan imtina etmişdi.