11:27 - 17.03.2022
17 mart, Fineko/abc.az. 2021-ci ildə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq neft-qaz şirkətləri 2,1 mlrd. ABŞ dolları (3,6 mlrd. manat) məbləğində gəlir əldə ediblər.
ABC.AZ Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2020-ci illə müqayisədə 91% (1,9 dəfə) çoxdur.
Sözügedən şirkətlərin gəlirləri Azərbaycanın qeyri-rezidentlərə ödənişlərinin 67,7%-ni təşkil edib.
Beləliklə, 2021-ci ildə Azərbaycandan qeyri-rezidentlərə ödənişlərin həcmi 3,1 mlrd. dollar (5,3 mlrd. manat) təşkil edib. Bu, illik müqayisədə 34,8% çoxdur.
18 Avqust 2026