15:51 - 3.05.2018
3 may, Fineko/abc.az. “Azərenerji” ASC aprel ayında elektrik enerjisi istehsalının həcmini açıqlayıb.
“Azərenerji”nin məlumatında deyilir ki, aprel ayında 1,662 milyard kilovat-saat enerji istehsal edilib, 2018-ci ilin mart ayında 1,954 milyard kilovatsaat, fevralda 1,921 milyard kilovat-saat, yanvar ayında isə 2,123 milyard kilovat-saata çatdırılıb.
2018-ci ilin 4 ayı ərzində 7,66 milyard kilovat-saat istehsal edilib, 2017-ci ilin eyni dövründəki göstərici isə 7,774 milyard kilovat-saat təşkil etmişdir.
2017-ci il ərzində “Azərenerji” 20,03 milyard kilovat-saat elektrik enerjisi istehsal edib.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026