16:38 - 10.02.2022
10 fevral, Fineko/abc.az. 2021-ci ilin sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2266 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
ABC.AZ-ın məlumatına görə, 2021-ci il ərzində bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda 2,2 milyon dollardan artıq vəsait xərcləyiblər.
Bundan əlavə, bp ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə 2021-ci il ərzində 1,5 milyon dollardan çox vəsait xərcləyib.
18 Avqust 2026