16:09 - 10.02.2022
10 fevral, Fineko/abc.az. 2021-ci il ərzində Şahdəniz üzrə fəaliyyətlərə 2 milyard dollardan artıq əməliyyat xərcləri və təxminən 680 milyon dollar əsaslı xərclər çəkilib.
ABC.AZ-ın məlumatına görə, bu, bp şirkətinin ötən il Azərbaycandakı fəaliyyəti barədə hesabatında qeyd edilib.
Bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub. 2021-ci ildə yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 23 milyard standart kubmetr qaz və 4 milyon ton (təqribən 34 milyon barel) kondensat hasil edilib.
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 72 milyon (ildə 26 milyarddan artıq) standart kubmetrdir. 2021-ci ilin ikinci rübündə Şahdəniz 2 çərçivəsində hasilata başlayan şərq-cənub cinahı il ərzində tam hasilat səviyyəsinə çatdı.
Cinahdan hasilat səviyyəsinin artması nəticəsində 2021-ci ilin iyul ayında ilk dəfə olaraq Şahdəniz Bravo platformasından gündəlik hasilat Şahdəniz Alfa ilə eyni səviyyəyə çatdı.
18 Avqust 2026