10:40 - 9.02.2022
9 fevral, Fineko/abc.az. “Honor” şirkəti yeni smartfonunu təqdim edib.
ABC.AZ-ın məlumatına görə, “Honor” şirkətinin yeni smartfonunun digərlərindən fərqi odur ki, iPhone 13 üslubundadır. Sözügedən smartfon Çində 2022-ci ilin fevralında satışa çıxarılacaq.
Onun digər bazarlarda nə zaman təqdim olunacağı hələ açıqlanmayıb. Yeni “Honor 60 SE” daha bahalı olan “Honor 60” və “Honor 60 Pro” modellərinin ucuz versiyasıdır. Smartfon 8 GB operativ və 128 GB (və ya 256 GB) daxili yaddaş, 60 Mp kamera, eləcə də sürətli yükləmə funksiyası ilə təchiz edilmişdi.
Müəllif: Elmir Murad
12 Avqust 2026