11:48 - 7.02.2022
7 fevral, Fineko/abc.az. İran Milli Neft Şirkəti (NİOC) İraqla sərhəddə yerləşən “Söhrab” neft yatağının işlənməsi üçün “Dana Energy” ilə $800 mln. məbləğində müqavilə imzalayıb.
NİOC - un məlumatına görə, yatağın maliyyələşdirilməsi, işlənməsi və istismarı neft sövdələşmələrinin yeni modeli - IranPetroleum Contract (IPC) çərçivəsində “Dana Energy” şirkətinə tapşırılıb.
Layihə çərçivəsində sutkada 30 min barrel neft çıxarılması planlaşdırılır. 20 il ərzində müqavilə üzrə ümumi neft hasilatı 160 mln. barrel təşkil edəcək.
Layihə 20 yeni quyunun qazılmasını, boru kəmərinin və separasiya qurğusunun tikintisini nəzərdə tutur.
“Söhrab” yatağı Xuzestan vilayətindəki Axvaz şəhərinin şimal-qərbində, İran-İraq sərhədi boyunca yerləşir. Bu, İraqdakı Xuveyz neft yatağı ilə birgə blokdur və onun işlənilməsinə bir neçə il bundan əvvəl başlanmışdır.
© Interfax.az
18 Avqust 2026