11:38 - 19.01.2022
19 yanvar, Fineko/abc.az. Rusiya və İran arasında ticarət dövriyyəsi açıqlanandan sonra bir çoxlarını təəccübləndirib.
Belə ki, iki ölkə arasındakı ticarət dövriyyəsi 2021-ci ildə yeni rekord həddə çataraq 3,3 milyard dolları ötüb. Bunu iki ölkə rəsmiləri açıqlayıb.
Qeyd edilib ki, koronavirus infeksiyası ilə mübarizə sahəsində də ölkələr arasında əməkdaşlıq inkişaf edir - Rusiyanın Sputnik V peyvəndinin İranda birgə istehsalı qurulub.
“Artıq enerji sektorunda və iqtisadiyyatın digər sahələrində bir sıra iri layihələr həyata keçirilir, perspektivli layihələr var ki, onların üzərində işləmək lazımdır. Biz həmçinin OPEC+ sazişi çərçivəsində və Qaz İxrac edən Ölkələrin Forumu çərçivəsində çoxtərəfli formatlarda uğurla qarşılıqlı fəaliyyət göstəririk”, - deyə rəsmilər bildirib.
Müəllif: Elmir Murad
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026