Ötən 11 ayda Azərbaycanın qaz ixracı 48 faizdən çox artıb

14:38 - 21.12.2021


21 dekabr, Fineko/abc.az. Bu ili yanvar-noyabr aylarında Azərbaycanın ixrac etdiyi qazın həcmi açıqlanıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə ölkəmiz 4,479 mlrd. ABŞ dolları dəyərində 18,256 mlrd. kubmetr təbii qaz ixrac edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm olaraq 48,7%, dəyərdə isə 2,1 dəfə artım deməkdir.

Qeyd edək ki, artım Azərbaycan qazını Avropaya daşıyan ötən il dekabrın 31-də istismara verilən Trans-Adriatik boru kəməri (TAP) hesabına baş verib.