Azərbaycanda "instagram"dan ən çox istifadə edən kimlərdir?

11:47 - 15.12.2021


15 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi dekabrın 1-i tarixinə Azərbaycan üzrə 4 037 400 nəfər aktiv "Instagram" istifadəçisi qeydə alınıb.

Sözügedən istifadəçilərin 62,8%-i kişilər, 37,2%-i isə qadınlardır. Ən böyük istifadəçi qrupu 25-34 yaş arası insanlardan (1 588 600) ibarət olub. Kişilər və qadınlar arasında ən böyük fərq 25-34 yaş arasında olan insanlar arasında müşahidə olunur ki, burada kişilər 411 400 nəfərlə liderlik edir.

Qeyd edək ki, hazırda dünya üzrə aktiv "Instagram" istifadəçilərinin sayı 2 milyardı ötüb.