Qızıl investorları həyəcanla Avropadan gələcək xəbəri gözləyir - Səbəblər

10:28 - 16.11.2021


16 noyabr, Fineko/abc.az Qızıl investorları qarşıdakı günlərdə açıqlanacaq Avropa inflyasiya məlumatlarını gözləyirlər.

ABC.AZ xəbər verir ki, buna səbəb qızıl qiymətlərinin ABŞ-da inflyasiya ilə əlaqədar olaraq artmasıdır.

Hazırda qızılın qiyməti gözlənilən inflyasiya məlumatları və Çin iqtisadiyyatında sabitliyə işarə edən iqtisadi məlumatlar ərəfəsində 1865 dollar ətrafındadır. Ötən həftədən 1819 dollara qalxan qızılın unsiya qiyməti ABŞ-da inflyasiya məlumatlarının açıqlanması ərəfəsində tədricən 1830 dolları ötüb.