17:24 - 13.04.2018
13 aprel, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracı haqqında elan edib.
Mərkəzi Bankın məlumatına görə, hərrac 16 aprel 2018-ci il tarixində “Bloomberq” ticarət platformasında keçiriləcək.
“Hərrac vasitəsi ilə AMB 8,01% - 10,99% dərəcə ilə 350 milyon manat cəlb etməyi planlaşdırır . Bu vəsaitlər 14 gün müddətinə cəlb olunacaq”, - məlumatda belə deyilir.
Mərkəzi Bank 13 iyun 2016-cı il tarixindən etibarən depozit hərracları keçirir.
4 Avqust 2026
4 Avqust 2026