"Ziraat Bank Azərbaycan" 15 milyon manatlıq istiqraz emissiya edir

16:37 - 6.08.2026


6 avqust, Fineko/abc.az. Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "ZİRAAT BANK AZƏRBAYCAN" ASC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” verilib.

İstiqrazlar üzrə abunə yazılışı 10 avqust 2026-cı il tarixində başlayacaq və 10 iş günü davam edərək 21 avqust 2026-cı il tarixində yekunlaşacaq. Həmin istiqrazların yerləşdirilməsi hərracı isə 26 avqust 2026-cı il tarixində BFB-də keçiriləcək. Layihə üzrə anderrayter "PAŞA Kapital İ.Ş." QSC-dir.

İstiqrazların əsas şərtləri aşağıdakı kimidir:

  • Emissiya həcmi: 15 000 000 manat

  • İstiqrazların sayı: 150 000 ədəd

  • Nominal qiymət: 100 manat

  • İllik gəlirlilik: 10,5%

  • Tədavül müddəti: 12 ay

  • Faizlərin ödəniş dövrü: Hər 3 aydan bir (rüblük)

  • İSİN kodu: AZ2001019606