15:15 - 17.09.2021
17 sentyabr, Fineko/abc.az. Fransanın avtomobil istehsalçısı "Renault" bəzi müəssisələrindən 2 min nəfəri işdən çıxarmağı planlaşdırır.
ABC.AZ-ın məlumatına görə, şirkət bununla yanaşı data elmi və batareya kimyası sahələrində isə 2 min 500 nəfəri işə götürməyi planlaşdırır.
Qeyd edək ki, Fransa dövləti Renault-un ən böyük səhmdarıdır.
Müəllif: Elmir Murad
14 Avqust 2026