Avropada qaz yenə bahalaşdı - Nə baş verir?

17:04 - 9.09.2021


9 sentyabr, Fineko/abc.az. Avropada təbii qazın qiyməti sentyabrın 9-da daha da bahalaşıb.

ABC.AZ-ın məlumatına görə, qazın qiyməti ticarət zamanı artımı sürətləndirərək 1000 kubmetr üçün 680 dollara çatıb.

Bu, London birjasının ICE-ın məlumatlarından məlum olur.

Rusiya şirkəti "Qazprom"un departamenti rəhbəri Aleksandr İvannikov bildirib ki, Avropada qaz qiymətləri mütləq yaxın gələcəkdə indiki səviyyələrdə qalacaq.