Ford Almaniyadakı zavodunu müvəqqəti dayandıracaq

12:34 - 18.08.2021


18 avgust, Fineko/abc.az. Avtomobil istehsalçısı Ford, yarımkeçirici çip tədarükü (alınması) problemi səbəbilə Almaniyanın Köln şəhərindəki zavodunda istehsalı müvəqqəti təkrar dayandıracağını açıqlayıb.

Bu barədə Ford məlumat yayıb.

Məlumatda deyilir ki, Malayziya istehsalçısı koronavirus səbəbilə Fiesta modelinin qapılarında istifadə edilən yarım keçiriciləri təhvil verməkdə gecikir. Bu səbəbdən Kölndəki zavodda istehsal 2 həftə dayandırılacaq.

Ford 6 Sentyabrdan sonra da yarım keçirici təmininin hələ qeyri-müəyyən olduğunu qeyd edib.

Ford, may ayında da, Fiesta modelinin istehsalı üçün yarım keçirici çiplərin çatışmazlığına görə 3 aydan çox istehsala fasilə vermək məcburiyyətində qalmışdı.

Ford-un Köln zavodunda təxminən 15 min nəfər çalışır. İşçilərin 5 mini Fiesta modelinin istehsalını reallaşdırır.

© Marja