Şuşaya çəkilən 2-ci avtomobil yolu 4-6 hərəkət zolaqlı olacaq

12:13 - 6.08.2021


6 avqust, Fineko/abc.az. Şuşa şəhərinə çəkilən 2-ci avtomobil yolu I texniki dərəcəli olmaqla M-6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 157-ci kilometrdən başlayır, uzunluğu 81,6 kilometr, 4-6 hərəkət zolaqlı olacaq.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov deyib.

O qeyd edib ki, yol üzərində körpü və tunellər tikilməsi nəticəsində yüksək sürət təmin ediləcək və Zəfər yolu ilə müqayisədə 20,3 kilometr qısa olacaq. Avtomobil yolunun 2024-ci ildə başa çatdırılması nəzərdə tutulur.