10:17 - 5.08.2021
5 avqust, Fineko/abc.az. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə yeni müavin təyin edilib.
ABC.AZ quruma istinadən xəbər verir ki, bu, Anar Rzayevdir.
A.Rzayev 2018-ci ildən UNEC-in Tədris və təlim texnologiyaları üzrə prorektoru vəzifəsinə təyin olunub. Buna qədər müxtəlif nəqliyyat şirkətlərində rəhbər vəzifələrdə çalışıb.