12:11 - 28.07.2021
28 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından qaz və kondensat satışından 70,978 milyon ABŞ dolları gəlir əldə edib.
Fonddan ABC.AZ-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 64% azdır.
Yarım illik gəlirlərin 57,131 milyon dolları kondensat satışından əldə oluub.
Bu isə 1 il əvvələ nisbətən 56,4% azdır. “Şahdəniz” yatağının istismarına başlanıldığı 2007-ci ildən bu günə qədər oradan qaz və kondensatın satışından əldə olunan ümumi gəlirlər 3 738 milyon dollar təşkil edib.
Müəllif: Elmir Murad
14 Avqust 2026