14:23 - 25.05.2021
25 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bu gün Operativ Qərərgahın brifinqində bəzi sahələrdə fəaliyyətin bərpa olunacağı açıqlanıb.
ABC.AZ-ın məlumatına görə, buna baxmayaraq şənbə-bazar günləri ictimai nəqliyyatla bağlı qadağa qüvvədə qalıb.
Məsələyə münasibət bildirən Prezidentin köməkçisi Şahmar Mövsümov bildirib ki, növbəti yumşaldılmalar zamanı buna baxıla bilər. Prezidentin köməkçisi həmçinin metronun hansı formada işləyəcəyini də açıqlayıb:
"31 maydan "Bakı Metropoliteni"nin fəaliyyəti əvvəlki qaydada - səhər saat 6-dan axşam saat 12:00-a qədər olacaq. Şənbə-bazar ictimai nəqliyyata qoyulan məhdudiyyət metroya da aiddir".
Müəllif: Elmir Murad