11:06 - 6.05.2021
6 may, Fineko/abc.az. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının 2021-ci il üzrə növbəti iclası keçirilib.
Azərbaycan İnvestisiya Holdinqi İctimaiyyətlə Əlaqələr və Marketinq Şöbəsindən ABC.AZ-a daxil olan məlumata görə, iclasda Müşahidə Şurasının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İdarə Heyətinin üzvləri Cəmiyyətin 2020-ci ildəki fəaliyyətini əks etdirən maliyyə hesabatlarını müvafiq olaraq auditi həyata keçirmiş beynəlxalq audit şirkətinin nümayəndələri ilə birgə müzakirə ediblər.
18 Avqust 2026