"Azeri Light"ın qiyməti büdcə proqnozunu kəskin üstələdi – Aylar üzrə neft statistikası

17:38 - 18.08.2026


18 avqust, Fineko/abc.az. Bu ilin I yarısında dünya bazarında "Azeri Light" markalı Azərbaycan xam neftinin bir barelinin orta ixrac qiyməti 94,5 ABŞ dolları təşkil edib.

Maliyyə Nazirliyinin açıqladığı "2026-cı ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər" sənədinə əsasən, bu göstərici 2026-cı ilin dövlət büdcəsinin hesablanması zamanı götürülmüş baza qiymətdən (65 ABŞ dolları) 45,4% çoxdur.

Aylar üzrə dinamika:

  • Yanvar: 58,4 dollar

  • Fevral: 71,1 dollar

  • Mart: 106,4 dollar

  • Aprel: 120,1 dollar

  • May: 111,8 dollar

  • İyun: 89 dollar