Elektrik enerjisi istehsalı 3% azaldı, külək stansiyalarının payı isə 22 dəfə artdı – Statistika

16:09 - 18.08.2026


18 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda külək elektrik stansiyalarında 606,4 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 22 dəfə çoxdur.

Ümumi elektrik enerjisi istehsalı 3% azalıb Hesabat dövründə ölkədə ümumilikdə 15 milyard 172 milyon kVt/saat elektrik enerjisi istehsal olunub ki, bu da illik müqayisədə 3% azdır. İstehsal olunan enerjinin 14 milyard 734,9 milyon kVt/saatını əmtəəlik elektrik enerjisi təşkil edib (-2,5%).

Elektrik enerjisi mənbələr üzrə:

  • İstilik elektrik stansiyaları (İES): 11 mlrd 441,5 mln. kVt/saat (8,7% azalıb)

  • Su elektrik stansiyaları (SES): 2 mlrd 195,7 mln. kVt/saat (5,6% artıb)

  • Külək elektrik stansiyaları (KES): 606,4 mln. kVt/saat (22 dəfə artıb)

  • Günəş elektrik stansiyaları (GES): 350 mln. kVt/saat (5% artıb)

  • Biokütlə və tullantı stansiyaları: 141 mln. kVt/saat (6,7% artıb)