16:01 - 18.08.2026
18 avqust, Fineko/abc.az. İran Parlamenti (Məclis) sədri Məhəmməd Baqir Qalibaf Hörmüz boğazının açılması üçün ABŞ-ın razılaşma çərçivəsində müəyyən edilmiş şərtləri yerinə yetirməli olduğunu bildirib.
Məclis sədrinin açıqlamasına görə, blokada və neft sanksiyaları tam aradan qaldırılmadan boğazın açılması mümkün deyil.
"Blokadanın ləğvi, dondurulmuş aktivlərin azad edilməsi, neft sanksiyalarının aradan qaldırılması, bütün cəbhələrdə hərbi əməliyyatların və təhdidlərin dayandırılması, eləcə də razılaşmanın digər şərtləri icra olunmadan Hörmüz boğazı açılmayacaq", — deyə Qalibaf vurğulayıb.
İran Spikeri əlavə edib ki, müvəqqəti atəşkəs və blokadanın götürülməsi imkanı İranın iqtisadi davamlılığını artırmağa və müdafiə qabiliyyətini yenidən formalaşdırmağa şərait yaradıb. O, həmçinin Tehranın hər cür hərbi müdaxiləyə qarşı adekvat cavab verməyə hazır olduğunu diqqətə çatdırıb.