İnsanlar elektrik enerjisində fasilələrin yaranmasından narazıdır – Sorğu

14:21 - 9.03.2021


9 mart, Fineko/abc.az. 25-28 fevral tarixləri arasında kommunal xidmət sahələrin fəaliyyəti barədə ictimaiyyətin fikrini öyrənmək məqsədilə sorğu keçirilib.

Media Təhlil Mərkəzindən ABC.AZ-a verilən məlumata görə, sorğuda iştirak edən 817 respondentin 41,4%-ni qadınlar, 58,6%-ni kişilər təşkil edib.

Sorğu nəticələrinə əsasən, sorğu iştirakçılarının 28%-i elektrik enerjisinin verilməsində tez-tez fasilələrin yarandığını, 19,2%-i elektrik enerjisinin keyfiyyətinin aşağı olduğunu, 10,4%-i isə sayğac göstəricilərindən narazılığını bildirib.

Müəllif: Elmir Murad