11:29 - 3.02.2021
3 fevral, Fineko/abc.az. Rusiyanın daha 2 şəhərindən Qəbələyə aviareyslərin təşkilinə icazə verilib.
ABC.AZ xəbər verir ki, buna icazəni Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi verib.
Belə ki, Agentlik "Azur Air" aviaşirkətinə Moskva və Sankt-Peterburqdan Azərbaycana reyslər təşkil etməyə icazə verdiyini açıqlayıb.
Hər iki istiqamət üzrə reyslər həftənin hər günü baş tutacaq.
Müəllif: Elmir Murad