15:01 - 31.05.2020
31 may, Fineko/abc.az. “Azərkosmos” 2019-cu ili 3,62 milyon manat xalis mənfəətlə başa vurub. Azərkosmos” 2019-cu ilin yekunlarına dair maliyyə nəticələrini açıqlayıb.
ABC.AZ qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, sözügedən dövrdə şirkətin ümumi mənfəəti isə 14,04 milyona manat olub.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə şirkətin gəlirləri 2018-ci il ilə nisbətən 41,2% artıb, EBİTDA marjası 64%-dən 73%-ə yüksəlib.
Bu artımda peyk xidmətlərinin əhatə coğrafiyasının və aparıcı beynəlxalq şirkətlərlə əməkdaşlığın genişləndirilməsinin də rolu olub.
“Azerspace-2” peykinin istifadəsinə dair beynəlxalq şirkətlərlə əməkdaşlıq sayəsində “Azərkosmos”un lizinq əməliyyatları üzrə maliyyə gəliri 2018-ci ilə nisbətdə 2,6 dəfə artaraq 12,24 milyon manata çatıb.
Müəllif: Elmir Murad
10 Avqust 2026
10 Avqust 2026