İlham Əliyev Azərbaycan və Ukrayna arasında səhiyyə sahəsində əməkdaşlıq sazişini təsdiqləyib

14:08 - 10.08.2026


10 avqust, Fineko/abc.az. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Ukraynanın Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Sazişi təsdiqləyib.

Məlumat dövlət başçısının rəsmi saytında yerləşdirilib.

Sənəd iki ölkə arasında tibb sahəsində təcrübə mübadiləsinin genişləndirilməsini, birgə elmi tədqiqatların aparılmasını və səhiyyə sisteminin inkişafı istiqamətində əməkdaşlığın möhkəmləndirilməsini nəzərdə tutur.