11:00 - 10.08.2026
10 avqust, Fineko/abc.az. İlon Maska məxsus "SpaceX" və "Tesla" şirkətləri dünyada ən böyük mikrosxem (çip) istehsalı kompleksi olacaq "Terafab" layihəsini həyata keçirməyi planlaşdırır.
Layihənin ilkin investisiya həcmi 16,8 milyard dollar qiymətləndirilir. Müəssisənin ümumi sahəsi təxminən 9,3 milyon kvadratmetr təşkil edəcək ki, bu da təqribən 1 300 futbol meydançasına bərabərdir və ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasının sahəsindən dəfələrlə böyükdür.
Məqsəd "Optimus" robotları, "Cybercab" pilotsuz taksiləri və orbital data mərkəzləri üçün illik ümumi gücü 1 teravattdan çox olan hesablama sistemlərinin istehsalını təmin etməkdir.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026