12:20 - 10.08.2026
10 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda fiziki şəxs olan istehlakçılara dövlət büdcəsindən 122 milyon 83,6 min manat ƏDV geri qaytarılıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, qaytarılan məbləğ pərakəndə ticarət və iaşə obyekti, mədəniyyət (teatr, muzey, kinoteatr, simfonik orkestr), səhiyyə xidmətləri, habelə işğaldan azad edilmiş ərazilərdə yerləşən otellərin yerləşmə xidmətləri üzrə ödənilən ƏDV-ni əhatə edib.
Bundan başqa, ilin ilk yeddi ayında xarici vətəndaşlara "tax free" sistemi çərçivəsində fərdi istehlak üçün aldıqları mallara görə büdcədən 5 milyon 248,1 min manat ƏDV ödənişi edilib.
13 Avqust 2026
12 Avqust 2026